Məqalələr

Prostat Vəzi Cərrahiyyəsində Robotik Cərrahiyyə

Azərbaycanda ilk dəfə – Ege Hospitalda

Prostat xərçənginin cərrahi müalicəsində robotik cərrahiyyə müasir və minimal invaziv yanaşmalardan biridir. Ege Hospitalda prostat vəzi cərrahiyyəsində robotik cərrahiyyə Azərbaycanda ilk dəfə tətbiq olunmuşdur. Robotik prostat əməliyyatı zamanı cərrah xüsusi robotik sistem vasitəsilə əməliyyat sahəsini yüksək dəqiqliklə görür və incə cərrahi hərəkətləri daha dəqiq idarə edir.

Robotik cərrahiyyənin əsas üstünlükləri

•⁠ ⁠Yüksək dəqiqlikli və böyüdülmüş görüntü
•⁠ ⁠Daha incə və nəzarətli cərrahi hərəkətlər
•⁠ ⁠Kiçik kəsiklər
•⁠ ⁠Minimal invaziv yanaşma
•⁠ ⁠Qan itkisinin az olması
•⁠ ⁠Daha rahat və sürətli bərpa imkanı

Robotik cərrahiyyə yalnız texnologiya deyil cərrahın təcrübəsi və müasir tibbi imkanların birləşməsidir. Robotik cərrahiyyədə əməliyyatı robot deyil, cərrah idarə edir. Robotik cərrahiyyə cərrahın dəqiqliyini və imkanlarını artıran müasir texnologiyadır.

Digər məqalələr